Bizə zəng edin
HOLEX nədir?
Holistic experience -Holistik təcrübə.
Holism nəzəriyyəsinə görə dünya bir bütövdür və biz tərəfdən seçilmiş hissə və obyeklər ancaq bütövün parçası kimi mahiyyət kəsb edir.Sadə dillə desək Yaradanın zərrəsi hər bir canlı və cansızda, gözlə görünən görünməyən hər yerdə vardır.İnsanın bugünkü fiziki bədənindən əlavə ölməz ruhu var ki,o da Yaradanın zərrəsini daşıyır.Bu ,insanların hər birində sənə aid bir ortaq parçanın olduğunun göstəricisidir.Hər birimiz bir bütövün parçasıyıq. Yaradana gedən yol isə ÖZündən keçir.Özünü tanımayan insan isə dünyanı ,kainatı dərk etməyə çalışdıqda axtarışı, zehni və ruhən olan azadlığı gecikir, qəlizləşir.HOLEX -in əsas yaradılma məqsədi ÖZünə gedən yolu sadələşdirmək və diqqəti əsas mahiyyətdən yayındırmadan birləşdirməkdir.
My HOLEX -Mənim BÜTÖVLÜK təcrübəm -Bugün sizi narahat edən mövzu nə olursa olsun onu problem deyil ÖZünə gedən yol kimi görməniz sizə indi və bu dəqiqə ÖZünüzü hiss etməyə kömək edəcəkdir.Bütövlük təcrübəsinin ilk addımı isə qəbuldan başlayır.
-Özünüzü hələ də axtarırsınızsa
-Bu ölkədən çıxsam həyatım dəyişəcək deyirsinizsə
-Təkrarlanan xoşagəlməz hadisələr artıq sizə nə isə demək istəyirsə
-Ailə üzvləri ilə bitməyən konflitiniz varsa
-Heç vaxt bağışlamaram dediyiniz insanlar varsa
- Bu insanlardan biri elə məhz özünüzsünüzsə
-Ətrafdakı insanlar sizin yaşadıqlarınıza görə məsuliyyət daşıdığını düşünürsünüzsə
HOLEX bu mövzulara yeni yanaşma və həll yolunu təklif edir.
İsmayıllı rayonunda gecə 12 00 radələrində uzun müzakirə və analizlərdən sonra ideya və həyat tərzimə xitab edən "HOLEX" adının yaradılmasında dostum,əzizim , Nigar Sultanovaya xüsusi təşəkkür edirəm.
Əslində uşaqlıqdan bir axtarışda idim. Bu həyatın 1987-ci ildə anadan olub, bu tarixdə dünyasını dəyişib qəbir daşı yazısından daha artıq bir mənası olduğuna inanırdım. Axtarışlarım məni kitablara, müxtəlif mənbələrə yönəltdi.Tanınmış SECRET kitabını oxumaqla başlamış səyahət daha dərin yaradılış anlayışına gəldi.
Hər birimizin bir bütövün parçası olduğumuzu və bu həyata gəlişimizin səbəbini dərk etməmlə həyatım da dəyişdi. Bu on illik səyahət mənə onu öyrətdi ki,hər insanın (ruhun) öz inkişaf yolu var və bu yol hər kəsdə fərqlidir.Əslində ruhun inkişafında kəsə yol yoxdur. Bəlkə də var… Mənim HOLEX-i yaratmaqla məqsədim Sizə bu yolu tapmaqda vasitəçi olmaqdır.Düşünürəm on illik axtarışım (buna xoşbəxtlik axtarışı da deyirlər) və özünü tapma cəhdləri boş vaxt sərfi olmadı.