Şirkət əməkdaşları üçün fərdi terapiya təklifi

Təşkilatlar bəzən düşünürlər ki, ödədikləri məsləhət xidməti yalnız işçinin iş həyatına aid olan problemləri həll etmək üçün istifadə olunmalıdır. İşlə əlaqəli məsələlər, stres, həddən artıq iş həcmi, zorakılıq və çətin iş yoldaşları, əlbəttə ki, işçinin fəaliyyətinə birbaşa təsir göstərə bilər.Lakin fərdi məsələlər də əlavə olaraq oxşar mənfi təsir səbəblərindəndir.

Hamımız həyatımızın müxtəlif mərhələlərində həyat böhranı ilə qarşılaşırıq. İnsan itkisi , münasibətlər və ailə problemləri, evdə olan stres hamının düşüncəsinə mane olur və bizi işdən yayındıra bilir. 

Bugün böyük şirkətlərdə HR -kadrlar şöbəsi bu məsələyə önəm versə də ,nəzərə almaq lazımdır ki,əməkdaş şirkət işçisinə güvənib ailə məsələsini açmaqdan çəkinə bilər. Şirkətin rolu ,işçini narahat edən məsələlər haqqında danışmaq üçün təhlükəsiz bir yerlə və mütəxəssislə təmin etmək (məsələn qeştalt terapevtlə) birgə problemlərə öz həll yollarını tapmağa kömək etməkdən ibarətdir. Məsləhət vermək deyil, işçinin irəliyə doğru yol tapmasına imkan verən mühakiməsiz, empatik və əlçatan bir vasitə ilə təmin etməkdir.Terapevtin əsas məqsədi səmimi və etibar hissi yaradaraq işçinin produktiv fəaliyyətinə kömək etməkdir.

İş yerində konsultasiya- çox vaxt işdə müəyyən səbəblərlə olmayan işçilərə ,yaxud şəxsi problemlərinin olduğu bilinən əməkdaşlara şirkət tərəfindən özəl terapiya təklif edilərək işçinin işə qayıtdıqdan sonra adaptasiyası və  səmərəli iş fəaliyyətini sürətləndirmək üçün dünya praktikasında da tətbiq edilən metoddur.Məsələn ,gestalt terapiya kimi xidmət , uzun müddətli əməkdaşın zehni və mənəvi narahatçılıqlardan azad olmasına vasitədir.Beləcə,təşkilat/şirkət pulunu qənaət edərək işçinin reabilitasiyasını sürətləndirə və iş fəaliyyətinə tez bir zamanda başlaması üçün əməkdaşına dəstək ola bilər.Bir sözlə, bir təşkilatda  yaxud şirkətdə işçilərarası konfliktin belə kökü şirkət yox ,sırf əməkdaşların evdən/ailədən gətirdikləri problemləridir.

 

 

 

 

Məsləhətə ehtiyacınız var? ... Bizimlə əlaqə saxlayın

Görüş təyin etmək