Keçmiş həyat təmizlənməsi
Keçmiş həyat təmizlənməsi /regressiya fikirlərin,münasibətlərin və davranışların inkişaf dönəminə qayıdışdır.Bu termin psixologiya,psixoanaliz və psixoterapiyada da istifadə edilir.Reqressiya vasitəsilə bizə lazım olan vaxt kəsiminə geri qayıdıb travmatik məqamı sağaltma imkanımız var.Sağaltma dedikdə yeni dərketmə,səbəb-nəticəni müəyyənləşdirmək və yeni resurs əldə edilir.
Bu metodla biz sadəcə vaxtı uşaqlığımıza kimi geri çəkmirik,eyni zamanda keçmiş həyatlarımızı da xatırlaya bilərik.
Keçmiş həyata səyahətin əsas məqsədi həyatınızdakı neqativ məqamları,qarışıq münasibətlər ,qorxular/fobiyalardan ,xəstəliklərdən azad olmaq və keçmiş təcrübənin indiki həyata tətbiqidir.
Reqressiv hipnoz medotikası var ki,mən bu üsuldan istifadə etmirəm.Seans sadə rahatlandırıcı meditativ musiqi sədaları altında gözü bağlı şəkildə həyata keçirdilir.Seans 2 saata, bəzi hallarda 2saat 30 dəqiqə davam edə bilər.Görüşün ilk 10 dəqiqəsi sizi narahat edən mövzu və əsas çalışmaya gəlmə məqsədiniz və nə əldə etmək istədiyinizi müzakirə edərək keçir.
Keçmiş həyata səyahət nəyə kömək edə bilər ?
- Təkrarlanan hadisələrin mənşəyini görmək və həll etmək
-Şəxsi münasibətlərin qaydaya salınması
-Bəzi xasiyyətinizdə müsbət dəyişikliklər etmək
-Bugünkü həyatınızı daha dərindən anlamağa
-Bəzi xəstəliklərinizin səbəbini aşkarlamağa
-Qorxulardan təmizlənməyə
-Daxili müdrikliyə çatmağa
-Həyatınızdakı bəzi insanlarla qarşılaşma səbəbinizi anlamağa
-Dünya yaradılışını daha dərindən anlamağa