Geştalt terapiya

Mənası Alman sözü olan Gestalt- tamlıq bütövlük ,eyni zamanda fiqura forma mənasını verir.Geştalt terapiyada terapevt psixoanalizdən fərqli olaraq müşahidəçi qismində yox, klientin mövcud an üçün(aktual mövzusuna uyğun)yanaşmasını və  dərketməsini genişşləndirməyə xidmət edir.Geştalt metod kontaktla  sərhəddə olan hadisələr zamanı baş verən Awareness/dərketmə ətrafında formalaşır ki, bu da klient üçün yaradıcı uyğunlaşmanı ətraf mühitlə kontakt zamanı bərpa etməyə kömək edir.Başqa sözlə desək, burada şəxsin vərdiş etmədiyi yeni təcrübəni öz gündəlik həyatına tətbiq etmə bacarığının yaradılmasıdır.Bu metodikanın əsası1950-ci illərdə qoyulsa da 1960- cı illərdən daha geniş kütlələrə xitab etməyə və tətbiq edilməyə başlamışdır.

Geştalt terapiyanın əsasları və gedişatı 

Terapevtin əsas hədəfi müştərini\şəxsin əsas diqqətini indi və bu ana  gətirərək hadisəyə olan baxışı və dərketməsinə kömək etmək,hadisə ilə bağlı fərziyyələrini dayandıraraq diqqəti şəxsin tələbatını aşkara çıxardan bədən və hisslərə yönəltməkdir.Eyni zamanda şəxsin özünə reallaşdırmağa verdiyi yaxud vermədiyi icazəyə görə daşıdığı məsuliyyətə diqqətini yönəltməkdir.

 

Məsləhətə ehtiyacınız var? ... Bizimlə əlaqə saxlayın

Görüş təyin etmək